Vitaliy Mutko Rusiya Futbol İttifaqına prezident seçkilərində qalib gəlib.
 
O , 266  (65,2 %) səs toplayıb. Mutkonun rəqibi Valeriy Qazzayevə isə 142  (34,8 %) səs verilib. Səsvermə RFİ-nın hesabat iclasında keçirilib.
 
Xatırladaq ki, Vitaliy Mutko ötən ilin sentyabrından RFİ-nın prezidentidir. O , 2005-2009-cu illərdə də bu postu tutmuşdu. Hazırda Mutko həmçinin Rusiyanın İdman naziridir. 
                       
                                                
                        
 
                
                              
 
                       
                                            
 
