Dünya çempionatının finalçıları məlum oldu

10:51 29 Sentyabr 2016

Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatı davam edir. Artıq mundialın finalçıları da bəlli olub.
Azərbaycan yığmasını 1/4 finalda mübarizədən kənarlaşdıran Portuqaliya yarımfinalda Argentina ilə qarşılaşıb. 5:2 hesabıyla qalib gələn argentinalılar finala yüksəliblər.
Digər yarımfinal matçında isə Rusiya İrana 4:3 hesabıyla qalib gəlib.
Rusiya - Argentina finalı oktyabrın 1-də keçiriləcək.


Xəbər xətti