Futzal üzrə dünya çempionatının finalçıları məyyənləşdi

17:51 29 Sentyabr 2016

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının finalçıları müəyyənləşib.


Bu, yarımfinalda Portuqaliyaya 5:2 hesabı ilə qalib gələn Argentina millisidir.


Həlledici görüşdə cənubi amerikalıların rəqibi Rusiya olacaq. Qarşılaşma oktyabrın 1-də Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


Qeyd edək ki, Portuqaliya dörddəbir finalda Azərbaycan yığmasını, Rusiya isə yarımfinalda İrandan üstün olub. Üçüncü yer uğrunda görüşdə Portuqaliya ilə İran milliləri üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti