Əliyar Ağayev: "Baş hakim olmaq istəmirdim"

Sportarena.az      2 Oktyabr 2018, 14:45

FİFA referisi Əliyar Ağayev Prenyer Liqanın 7-ci turunda əlavə hakim köməkçisi olduğu "Neftçi" - "Kəpəz" matçından sonra brifinq keçirib 

- Bu həftə Avropa Liqasının qrup mərhələsində "Roma" - Astra" matçını idarə etdin. Oyunun hakim-inspektoru işinə necə qiymət verdi?

- Hakim-inspektor ümumilikdə idarəçiliyimdəm razı qaldı. Ancaq qiymət dərhal yox, matçdan 2-3 gün sonra açıqlanır. Bu, həm AFFA-ya, həm də özümə gəlir. 
 
- Bundan sonra səni daha yüksək səviyyəli oyunda görə bilərikmi? 

- Bu sualı mənə çox verirlər. Çempionlar Liqasının qrup oyununu idarə etmək üçün ən azı 1-ci kateqoriyalı hakim olmalısan. İnşallah, bura yüksələrəm, ondan sonra təyinat alaram. 
 
- Buna özünü hazır sayırsanmı?

- Hazır sayıram deyəndə ki, oyun versələr, həmin etimadı doğrultmağa çalışaram. Ancaq əsas fikrimiz 1-ci kateqoriyaya yüksəlməkdir. 
 
- Bəs sənin üçün hakimliyin pik nöqtəsi hansı oyunu idarə etməkdir?

- Hər bir hakim, hər bir futbolçu üçün pik nöqtəsi böyük turnirlərin - Avropa, dünya çempionatının finalında iştirak etməkdir. Bu, məndə də olsa, pik nöqtə hesab oluna bilər, 
 
- Özünə kumir seçdiyin hakim var?

- Yox. Bu, özündənrazılıq kimi çıxmasın. Avropada hər bir hakimə baxıb yaxşı, özümüzə lazım olan şeyləri götürürük.
 
- Sosial şəbəkələrdə Françesko Tottinin 40 illik yubileyində ona sarı verdiyin qabardıldı...

- Oyundur da.
 
- Avropa Liqasında qrupda idarəçilik edəndən sonra çempionatda köməkçi hakim olmaq nə dərəcədə çətindir?

- Oyun veriblər. Biz də çalışırıq ki, baş hakimə kömək edək. Baş hakim olmaq istəmirdim. Çünki bir az yorğunluq vardı. İtaliyadan qayıdandan sonra AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla bu haqda danışdım. Ona söylədim ki, baş hakimə kömək edə bilərəm.

Mənbə: Sportnet.az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin