Elvin Yunuszadə aldığı qırmızı vərəqədən danışdı: "Bunu komandam üçün etdim"

21:31 2 Oktyabr 2016

"Bilirdik ki, oyun çətin keçəcək. İkinci hissədəki kimi birinci hissə də oynasaydıq məğlub olmazdıq. Hətta qələbə də qazana bilərdik."

Bu sözləri Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qəbələ"yə 0:2 hesabı ikə məğlub olan "Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə sportarena.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırarkən deyib:

- Artıq "Qəbələ" ilə xal fərqi 6 oldu. Fərqi aradan qaldırmaq çətin olmayacaq?
-Bu o demək deyil ki, biz biz əlimizi çempionluqdan üzəcəyik. Yenə çalışacağıq və çempion olmaq üçün əlimizdən gələni edəcəyik.
- Oyundan sonra Qurban Qurbanov sizə nə dedi?
- Qurban bəy həmişə bizə inanır. Oyundan sonra da bizə hər zaman təssəli verir və motivasiyamızı yüksək tutmaq istəyir.
 - "Fiorentina" ilə oyunda aldığın qırmızı vərəqədən sonra sosial şəbəkələrdə tənqid hədəfinə çevrildin.
- Bu normaldır. Hamının fikrinə hörmətlə yanaşıram. Amma nə edə bilərdim. Bunu komandam üçün etdim. Orda qırmızı verməmək də olardı. Bu "Qarabağ"da ilk qırmızı vərəqəm idi.
- Rəşad Sadıqovun bu oyunda olmaması öz sözünü dedimi?
- Rəşadın olmaması həmişə özünü göstərir. Bizim ondan öyrənəsi çox şeyimiz var. Hər zaman bizə dəstək olur.

İlkin İSMAYILZADƏ Qəbələ


Digər xəbərlər

Xəbər xətti