Sportarena.az
24 Mart 2017

Tomaş Ayan AAAF Parkın qonağı oldu

12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti Tomaş Ayan, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov və vitse-prezidenti Azər Əliyev AAAF Park Yaşayış Kompleksinin qonağı olublar. Onlar burada ağır atletlər üçün yaradılan yüksək səviyyəli şəraitlə tanış olmaq üçün ərazini gəziblər. Qonaqlar ilk olaraq Kompleksin park hissəsi ilə tanış olublar. Onlar buradakı yaşıllıq, təmizlik və səliqəni təqdir edib, istirahət üçün münasib yerlərin çoxluğunu fərqləndiriblər. AAAF Park Yaşayış Kompleksinin təsisçisi və Azərbaycanın ağır atletika yığmasının baş məşqçisi Tofiq Heydərov, həmçinin federasiyanın vitse-prezidenti Ruslan Xanverdiyev qonaqları müşayiət edərək ölkəmizdə idmana olan diqqət və qayğının nəticəsində belə imkanların yaradıldığını, atletlərin bu şansdan yararlana bildiyini qeyd ediblər. Daha sonra qonaqlar idman təmayüllü “Zirvə Liseyi”nə baş çəkiblər. Öncə ümummilli lider Heydər Əliyevin heykəli önünə çiçək qoyub, ona olan sayğı və hörmətlərini nümayiş etdiriblər. Liseydə müasir standartlara cavab verən kimya, fizika, biologiya laboratoriyaları, kompüter otaqları, hərbi və metodbirləşmə kabinetləri, gimnastika və cüdo, trenajor və ağırlıqqaldırma zalları, futbol meydançaları və tennis kortunun fəaliyyəti nümayiş etdirilib, bütün bunların gənc ağır atletlərin yüksək səviyyəli təhsil alması üçün edildiyi vurğulanıb. AAAF Parkda 50-yə yaxın perspektivli ağırlıqqaldıranın həm oxumaq, həm də məşq etmək üçün maksimum imkan yaradıldığı, onlara ən yüksək ixtisaslı müəllim və məşqçilərin dərs keçdikləri qeyd edilib. Tomaş Ayan gördüklərindən xeyli razı qalıb. O bildirib ki, buradakı ideal şəraitin Azərbaycanda gənc nəslin sağlam yetişməsində böyük rolu var və bu şansı əldə edən hər bir məktəbli üçün sevinir, onlara uğurlar arzulayır. Tomaş Ayan ölkəmizin dövlət səviyyəsində qayğısının başqalarına nümunə olduğunu, bunu hər dəfə bura səfəri zamanı əyani şəkildə şahidi olduğunu bildirib. Liseyin foyesində Heydər Əliyevin büstün önündə xatirə şəkli çəkdirəndən sonra IWF prezidenti böyük təəssüratlar əldə etdiyini, Azərbaycanın və onun idmanın gələcəyinin parlaq olduğunu deyib. Qonaqlar Uşaq-İdman Akademiyası, cüdo və gimnastika zallarının, Kompleksdəki digər idman və iaşə obyektlərinin fəaliyyəti ilə tanış olublar. Bütün müasir standartlara cavab verən, ən yeni avadanlıqlar təchiz olunmuş fitness mərkəzində idmançıların təlimlərlə məşğul olmaq imkanlarının yaradıldığı bildirilib. Ağır atletika yığmamızın məşq zalı isə xüsusi maraq doğurub. Burada hər bir atlet üçün fərdi ştanq, körpücük, fərdi məşqçi, üstəlik, özəl otaqlarda istirahət imkanlarının yaradılması müsbət mənada təəccübə səbəb olub, belə şəraitə dünyanın nadir yerlərində rast gəlindiyi vurğulanıb. Tamaş Ayan, Cahangir Əsgərov və Azər Əliyev məşqçi və idmançılarla görüşərək onlara uğurar arzulayıb, təmiz mübarizə şəraitində əldə etdikləri uğurlara sevindiklərini dilə gətiriblər. Zalın yerləşdiyi təlim-məşq bazasındakı taxta kotteclər və otellərin yalnız və yalnız idmançılar üçün ayrıldığı, onların məşqlərdən sonra tam bərpa prosesi keçməsi üçün bütün mümkün detalların nəzərə alındığı haqda məlumat verilib. Tofiq Heydərov AAAF Parkın bir Olimpiya çempionunun ən kiçik yaşdan yetişdirilməsi, zirvəyə yüksəldilməsi üçün lazım olan hər şeyə malik olduğunu deyib. Qonaqlara bildirilib ki, AAAF Park Yaşayış Kompleksi ağır atletlərin mənzil problemini də həll edir. Beynəlxalq yarışlarda medallar qazanan atletlərimizin hər birinə və onun məşqçisinə pul mükafatları ilə yanaşı ev verildiyi, bir müddətdən sonra elə burada işlə təmin olunduğu bildirilib. Qonaqlar bir daha gördüklərindən razılığını dilə gətirib, bu bənzərsiz məkanın Azərbaycan idmanı, xüsusilə də ağır atletikanın inkişafında müstəsna rol oynayacağına əminliklərini qeyd ediblər.

Tarix
03.10.16 [17:58]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

Facebook

Sorğu

Azərbaycan Premyer Liqasının qalibi hansı komanda olacaq?
 "Qarabağ"
 "Qəbələ"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio