"Qarabağ"ın prezidenti: "Qəbələ" məğlubiyyətindən sonra xəbər göndərdim..."

Sportarena.az      10 Oktyabr 2018, 17:07

"Qarabağ"ın fəxri prezidenti Abdulbari Gözəl "Report"a müsahibə verib. 


Sportarena.az həmin müsahibəni təqdim edir
 

- "Qarabağ"a nə qədər diqqət ayıra bilirsiniz və son nəticələri ilə yaxından maraqlanırsız?
- Həmişə çox ciddi təqib edirik. Sadəcə, komandada baş məşqçi var. Biz klub rəhbərliyi olaraq, baş məşqçini sıxmırıq, onun işinə müdaxilə etmirik. Qurban Qurbanov çox dürüst və sağlam insandır. "Qarabağ"da hər şey düzgünlük üzərində qurulub. Təbii ki, komandaya görə həyəcan keçiririk. Türkiyədə müəyyən zamanla "Fənərbağça", "Qalatasaray", "Trabzonspor" və digər klublar birinci olur. Bu cür hallar bütün klublarda olur. Azərbaycanda da rəqabət var. Biri düşəcək, biri qalxacaq. Ancaq "Qarabağ"ın öz fəlsəfəsi, prinsipi, oyunu, dünyada hörməti var, reytinqi də yuxarıdır. Yəni "Qarabağ" işini ciddi şəkildə davam etdirir.
 

- Jurnalistlərlə görüşünüzdə bildirdiniz ki, "Qəbələ" "Qarabağ"a qalib gəlməklə ciddi rəqabət yaratdı...
- Şikayət edirdilər ki, rəqibimiz yoxdu. Bu səbəbdən, Avropa Liqası üçün inkişaf edə bilmirik. Mən də "Qəbələ" məğlubiyyətindən sonra xəbər göndərdim. Dedim ki, işinizi buna görə qurun.
 

- Düşünmürsüz ki, Qurban Qurbanov həmin oyunda meydana güclü heyət buraxmadı?
- Düzü, mən də təəccüb etdim. "Qəbələ" artıq güclü bir komandadır. Bu səbəbdən, nəyə görə güclü futbolçulardan bəzilərini meydana buraxmaması mənə maraqlı gəldi. Bu, baş məşqçinin siyasətidir. Bir də "Qarabağ" vuranda rəqiblərinin hamısı həvəsdən düşür və deyirlər ki, onsuz da "Qarabağ"dır, qol vurmalıdır. Ancaq "Qarabağ" bir-iki dəfə məğlub olsa, baxırlar ki, "Qarabağ" qol vura biləcək, ya yox. Bu da rəqiblərdə komandamıza qarşı oynamaq həvəsi yaradır.
 

- Türkiyədən misal gətirdiniz. Orada da "Qalatasaray", "Beşiktaş", "Fənərbağça" güclüdü. Əksəriyyət elə düşünür ki, bu klublardan başqa heç kim çempion ola bilməz. Hazırda Azərbaycanda da aşağı-yuxarı 3 güclü klub var...
- Hər kəs elə düşünür. Amma klublar güclü olsa, bir-birlərini də gücləndirərlər.
 

- Avropa Liqasının qrup mərhələsində "Fiorentina"ya 1:5 hesablı məğlubiyyəti necə qarşıladınız?
- Bir az şanssızlıq oldu. Klubların hərdən təzyiqi yüksəlir. Bu da qəbuledilməzdir. Lakin biz heç vaxt futbolçularımızın və ya baş məşqçimizin əhvalını pozmuruq. "Canın sağ olsun, gələcəkdə udarsan" deyirik. Bu məğlubiyyət ona təsir edəcək, onu daha məsuliyyətli edəcək. Biz Qurbanova inanırıq. Aramızda qarşılıqlı inam var. 
 

- Əvvəlki iki mövsümdə Avroliqanın qrupunda qalmısız. Bu mövsüm komandanın qarşısına 1/16 finala vəsiqə hədəfi qoymusunuz?
- Əlbəttə, qələbə qazanmaq, irəli getmək istəyirik.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin