Gənc cüdoçuların Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşdi

14:44 13 Oktyabr 2016

“Sərhədçi” İdman Olimpiya Kompleksində cüdo üzrə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyi keçirilir.


Sportarena.az xəbər verir ki, 49 komandanın iştirak etdiyi yarışda 270 cüdoçu (231 oğlan və 39 qız) mübarizə aparır.


Artıq ilk günün qalibləri müəyyənləşib. Yarışın açılış günündə oğlanlar arasında 60, 73 və 81 kiloqram, qızlarda isə bütün çəki dərəcələrində çıxış edən cüdoçular medallar uğrunda qüvvələrini sınayıblar.


Azərbaycan birinciliyinə bu gün yekun vurulacaq.


Xəbər xətti