"Zirvə"çilər bir qızıl, iki gümüş medal qazandılar

00:08 14 Oktyabr 2016

Sərhədçi İdman Olimpiya Kompleksində cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda iştirak edən “Zirvə” idmançıları bir qızıl və iki gümüş medal qazanıblar.
49 komandanın iştirak etdiyi yarışda 270 cüdoçu mübarizə aparır. Onların arasında “Zirvə” cüdoçuları da var. Yarışın ilk günündə oğlanlar arasında 60 kq, 73 kq, 81 kq, qızlarda isə bütün çəki dərəcələrində çıxış edən cüdoçular medallar uğrunda qüvvələrini sınayıblar.
Belə ki, qadınların yarışında 52 kq çəki dərəcəsində “İsmayıllı-Zirvə” təmsilçisi Mehdiyeva Zəhra bürünc medala sahib çıxıb.
Daha bir İsmayıllı cüdoçusu 57 kq çəki dərəcəsində yarışıb. Şəfiqə Məmmədova da bürünc medal əldə edib.
“Abşeron-Zirvə” təmsilçisi Həsənli Günel  78 kq çəkid dərəcəsində bütün rəqiblərini yenərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 


Digər xəbərlər

Xəbər xətti