Yığmamız dünya birinciliyinə yollanır

00:08 15 Oktyabr 2016

19-25 oktyabr tarixlərində Malayziyanın Penanq şəhərində Yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək. Yarışda yüzdən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq. Birincilikdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. Milli komandamızın heyətini nəzərinizə çatdırırıq:
Qızlar: Səbinə Əzimova (53 kq), Rzazadə Lalə və Məhərrəmzadə Sevər (hər ikisi 58 kq).
Oğlanlar: Rüstəm Qasımov (50 kq), Xəlilov Kənan, Cəbrayıl Abzərli və Elvin Abdullayev (hər üçü 56 kq), İsa Rüstəmov və Əliyev Füqan (hər ikisi 62 kq), Tarmenxan Babayev (69 kq), Mayıl Şükürlü (77 kq), Sənan Mirzəyev (85 kq), Ümidvar Bayramlı (94 kq).
Komandamızın hər bir üzvünə uğurlar arzulayırıq.


Xəbər xətti