Bölgə Birinciliklərinə start verildi

Sportarena.az      18 Oktyabr 2016 , 12:58

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi respublikamızın bütün bölgələrində bu idman növünün inkişafı istiqamətində planlı şəkildə işlər aparır. 
Regionlarda cüdo mərkəzlərinin sayı artırılır, perespektivli və gənc idmançılar seçilərək milli komandaların heyətlərinə cəlb olunur. 


Sportarena.az xəbər verir ki, bu gündən başlayaraq ilin sonuna kimi regionlarda və paytaxtda keçiriləcək yarışlar ölkəmizdə cüdonun daha da populyarlaşmasına xidmət edir. Federasiyanın yüksək səviyyədə təşkilatçılığı ilə ilk belə yarış Şəmkirdə start götürüb.


Şəmkir Olimpiya İdman Kompleksində keçirilən Qərb Bölgəsi Birinciliyi U18, U15 yarışında 280 cüdoçu (272 oğlan, 8 qız) iştirak edir. İki gün davam edəcək yarışın ilk günündə 2003-2004 təvəllüdlü oğlanlar -30 kq, -34 kq, -38 kq, -42 kq, -46 kq, -50 kq, -55 kq, -60 kq, -66 kq və +66 kq çəki dərəcələrində mübarizə aparacaq. 2003-2004 təvəllüdlü qızlar isə -36 kq və -40 kq çəki dərəcələrində yarışacaqlar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin