Cüdoçularımız Birləşmiş Ərəb Əmirliklərində yarışacaqlar

13:59 19 Oktyabr 2016

Oktyabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürəcək. 


Sportarena.az xəbər verir ki, bu yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı Azərbaycan milli komandası da mübarizə aparacaq.

 

3 gün davam edəcək "Böyük Dəbilqə" turnirində ölkəmizi Oruc Vəlizadə, Mehman Sadıqov (hər ikisi -60 kq), Vüqar Şirinli, İlqar Müşkiyev (hər ikisi -66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə (hər ikisi -73 kq), Elvin Əhmədli, Ruslan Fərruxzadə (hər ikisi -81 kq), Tural Səfquliyev, Firudin Dadşov (hər ikisi -90 kq), Elxan Məmmədov və Cəlil Şükürov (hər ikisi -100 kq) təmsil edəcək.


Xəbər xətti