Qəbələdə cüdo üzrə region yarışları keçirilir

00:02 28 Oktyabr 2016

Qəbələdə “Şimal bölgəsi” yarışına start verilib.


Şimal bölgәsi üzrә 2003- 2005-ci il tәvәllüdlü yeniyetmәlәr arasında region birinciliyində oğlanlar 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və +66 kq, qızlar isə 32 kq və 40 kq çəki dərəcələrində mübarizə aparırlar. Qəbələdə keçirilən yarışın ilk günündə Qəbələ, Oğuz, İsmayıllı, Qobustan, Ağsu və Şamaxıdan 77 cüdoçu (74 oğlan, 3 qız) qüvvəsini sınayır.


Qeyd edək ki, “Şimal bölgəsi” yarışına sabah yekun vurulacaq.


Xəbər xətti