Azərbaycan Cüdo Federasiyası Peter Zayzenbaherlə əməkdaşlıqda maraqlıdı

11:54 6 Noyabr 2016

Azərbaycan Cüdo Federasiyası (AJF) avstriyalı mütəxəssis Peter Zayzenbaherlə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.


Sportarena.az xəbər verir ki, AJF-nin baş katibi Elmar Babanlı məşqçi ilə kontraktın Olimpiya dövrünün sonuna qədər imzalandığını və həmin müddətin başa çatdığını qeyd edib.


O deyib: “2016-cı ilin Olimpiya Oyunları komandaya Rüstəm Orucov (73 kiloqram) və Elmar Qasımov (100 kiloqram) tərəfindən qazanılan iki gümüş medal gətirib. Biz həmin nəticələrdən çıxış edərək, P.Zayzenbaherlə əməkdaşlığı davam etmək istəyirik. Amma bəzi məqamları tənzimləmək lazımdır ki, məsələyə tam aydınlıq gətirilmiş olsun”.(azərtac)


Digər xəbərlər

Xəbər xətti