Yığmamızın Tokioya gedəcək heyəti açıqlandı

17:35 9 Noyabr 2016

Dekabrın 2-4-də Yaponiyada cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək. 


Sportarena.az xəbər verir ki, yarışa Azərbaycan millisi də qatılacaq.

 
Komandamız Tokioda təşkil olunacaq yarışa 8 idmançı ilə yollanacaq. Bunlar Orxan Səfərov, Rasim Əlməmmədov (hər ikisi 60 kq), Vüqar Şirinli, İlqar Müşkiyev (66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elxan Məmmədovdu (100 kq).
 

“Böyük Dəbilqə”də ümumilikdə isə 43 ölkədən 292 (178 kişi, 114 qadın) cüdoçu gücünü yoxlayacaq.(apasport)


Digər xəbərlər

Xəbər xətti