AFFA-dan divizion klublarına cəza yağmuru

Sportarena.az      15 Noyabr 2016 , 13:58

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az xəbər verir ki, iclasda birinci divizionun XI turunda keçirilən oyunlarda yol verilmiş qayda pozuntularına görə müvafiq cərimələr tətbiq olunub.


I Divizionun XI turunun “Səbail” – “Zaqatala” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


I Divizionun XI turunun “Ağsu” – “Rəvan” matçının 77-ci dəqiqəsində “Rəvan” klubunun 17 №-li futbolçusu Zahid Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunub.


I Divizionun XI turunun  MOİK – “Turan Tovuz” matçının 73-cü dəqiqəsində MOİK klubunun 14 №-li futbolçusu Orxan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.


Oyunun 3-cü dəqiqəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.


I Divizionun XI turunun “Qaradağ Lökbatan” – “Mil-Muğan” matçının 82-ci dəqiqəsində “Mil-Muğan” klubunun 44 №-li futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.


Oyunun 40-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 80 manat cərimə olunub.


I Divizionun XI turunun “Göyəzən” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


I Divizionun XI turunun “Şərurspor” – “Şahdağ” matçının 90+2-ci dəqiqəsində “Şahdağ” klubunun  9 №-li futbolçusu Ramil Mansurov və “Şərurspor” klubunun 13 №-li futbolçusu Musa Rəhimov bir-birilərini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 160 manat cərimə olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin