"Zaqatala"nın futbolçusu: "Hətta qapıçı mənə də dedi ki..."

Sportarena.az      18 Noyabr 2016 , 21:29

"Ağır oyun oldu. "Ağsu" həmişə yüksək yerlər uğrunda mübarizə aparıb. Biz də eynilə, zirvəyə oynayırıq. Bu oyunda mütləq qalib gəlməliydik. Bütün fikrimizi qələbəyə kökləmişdik. Şükür Allaha qalib gəldik."
Bu sözləri Azərbaycan birinci divizionunun XII turunda “Ağsu”ya 3:1 hesabı ilə qalib gələn “Zaqatala”nın futbolçusu Arzuman Nəsibov sportarena.az saytına açıqlamasında deyib.
Futbolçu Premyer Liqaya yüksəlmək üçün əllərindən gələni əsirgəməyəcəklərini deyib:
“Komandada ab-hava əladır. Çempionluğa oynayırıq. Premyerliqada çıxış etmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Öz üzərimdə də çox çalışıram ki, komandam Premyer Liqaya yüksəldiyində mən də komandaya daha çox kömək edim. “Simurq”un vaxtında orada da oynayırdım. İndi də çalışıram ki, daha artığını edim komandam üçün. ”
Oyunda komandasının 3-cü qolunu vuran futbolçu matçın 64-cü dəqiqəsində qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb. Hakimin şübhəli qərarına hörmətlə yanaşan futbolçu əməkdaşımızla  söhbətində bunları dedi:
“Qapıçının və mənim fikrimcə həmin epizod penalti idi. Hətta qapıçı mənə də dedi ki, orada penalti var idi. Ancaq hakimin qərarına hörmətlə yanaşıram. Nə etmək olar? Artıq gecdir. Növbəti oyunları fikirləşəcəyik. “Zaqatala”ya çempionluq yaşatmalıyıq."

İlkin İsmayılzadə, Zaqatala

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin