"Zaqatala"nın baş məşqçisi: "Onu Qurban Qurbanovla müqayisə etsəm..."

22:33 18 Noyabr 2016

“Oyun gözlədiyimizdən daha çətin keçdi. Baxmayaraq ki, komandamız azlıqda qaldı, amma hesabı qoruya bildik. Ümüumiyyətlə, “Ağsu” klubu divizionun ən təcrübəli klublarından biridir. Qələbə üçün oynayırdıq. Düşünürəm ki,  bu nəticə oyuna görə oldu”.
 
Sportarena.az-ın Zaqatalaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri “Zaqatala”nın baş məşqçisi Şaban Şirdanov "Ağsu"ya evdə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
 Oyundan sonar keçirilən mətbuat konfransıda baş məşqçi jurnalistlərin suallarını cavablandırıb:
-    Şaban müəllim, çempionata uğursuz start vermişdiniz. Lakin indi ardıcıl qələbələri sıralayırsız. Sizcə, komandaya toparlanmaq üçün vaxt lazım idi, yoxsa başqa səbəblər var idi?
-    Heyətimizin komplektləşdirilməsində Premyer Liqa təcrübəsi olanlardan istifadə etmişik. Onlar daha rahatdırlar. Əcnəbi futbolçumuzun ölümü də ilk həftələrdəki ugursuz çıxışımızın səbəblərindən idi. Mən hücum futbolunu sevirəm. Artıq komandadakı futbolçular bir-birinə öyrəşib. Beləliklə, daha yaxşı nəticələr əldə edirik. Artıq 8 oyundu ki məğlub olmuruq. 
-    Premyer Liqada o qədər də uöurlu oyun sərgləyə bilməyən Ruslan Tağızadə “Zaqatala”da daha gözəl oyun nümayiş etdirir. Demək olarmı ki, o, divizionda ikinci baharını yaşayır?
-    Ruslanla tez-tez söhbətlərim olur. O, futbolu düz oynayan futbolçulardan biridir. Bilir ki, harada top saxlamaq lazımdır, harada ötürmə etmək lazımdır.  Amma fiziki hazırlığını bir az artırmalıdır. Bundan sonra o daha da yaxşı oyun sərgiləyəcək. Bundan əminəm 
-    Premyer Liqa yolunda “Zaqatala”nın hansı ciddi rəqibləri var? 
-    Biz bütün oyunlara ciddi yanaşırıq. Hətta burada “Energetik”lə oyuna belə ciddi yanaşırdıq. Çalışırıq oyunumuzu daha da inkişaf etdirək. 
-    Oruc Balaşlı divizionun bombardiridir. Onu Zaqatalanın ikinci Qurban Qurbanovu hesab etmək olarmı? 
-    Oruc Balaşlı 10 yaşından mənim yanımdadır. Orucdan ən çox narazı qalan mənəm. Çünki onun potensialına yaxşı bələdəm. İndi vurduğu qollardan daha artığını vura bilərdi.Sadəcə cərimə meydançasında daha aqressiv olmalıdır.  Onu Qurban Qurbanovla müqayisə etsəm, deyərəm ki, Qurban 15 yaşında futbola gəldi və o qədər də perspektiv vəd etmirdi. Amma onun güclü xarakteri var idi və o, qarşısına qoyduğu məqsədə çatmaq üçün çalışırdı. 
-    Oyundakı penalti epizodu və hakimin qərarı ilə bağlı nə deyə bilərsiniz?
-    Hakimin qərarına nə qədər hörmətlə yanışsam da, düzgün qərar deyildi. Hətta qapıçı özü də etiraf etmişdi ki, orada penalti var idi. Düşünürəm ki, hakim epizoda uzaq idi və yanlış qərar qəbul etmişdi. 
-    Fasiləyə artıq 1 ay qalıb. Komanda xarici ölkəyə səfər etməyi və ya heyətə legioner futbolçu dəvət etməyi planlayırmı?
-    Biz hələ bu barədə qərar verməmişik. Çünki qarşıdan kubok oyununda “Qəbələ” ilə qarşılaşacağıq. Komandanın həqiqi gücünü həmin oyundan sonra görəcəyik. Bundan sonra transferlər barədə düşünəcəyik. Amma bizim maliyyə vəziyyətimiz heyətə çoxlu legioner və ya yerli futbolçu cəlb etməyə imkan vermir. 
-    Vaxtilə komandanın prezidenti Musa Qurbanovun məşqçisi olmusuz, amma indi o rəhbərlikdədir. Ümümiyyətlə, Musa müəllimlə yenidən bir arada işləmək necə bir duyğudur?
-    Musa müəllimlə işləmək mənim üçün həm rahat, həm də çox çətindir. Onu nəyəsə razı salmaq çox çətindir. Onunla çox debatlarımız olub. Hətta deyərdim ki, “Şəmkir”ə məğlub olduğumuz oyundan sonra istefa da vermişdim. Çünki ardıcıl oyunlarda məğlub olurduq. Heyətə Premyer Liqadan çoxlu oyunçular cəlb olunmuşdu, lakin məğlub olurduq. Düşündüm ki, bir məşqçi olaraq, futbolçuların xüsusiyyətlərini üzə çıxara bilmirəm və buna görə də istefa verməyi qərara aldım.  Əgər növbəti oyunlarda xal itirsəydik istefam rəsmiləşəcəkdi.


Digər xəbərlər

Xəbər xətti