Bakı "İnter"inin futbolçularını daşıyan avtobus yandı - FOTOLAR

11:55 24 Noyabr 2016

Bakı-Quba yolunda avtomobil yanıb.
 

Sportarena.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.
 

Məşqçi Zöhrab Mahmudov bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.
 

Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.

 
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.
Klubdan “Qafqazinfo”ya bildiriblər ki, avtobus kluba məxsus deyil: “Avtobus bizə məxsus deyil. Sadəcə bizim rayonlardakı filialın futbolçuları Bakıya oyun üçün gəlirmişlər və bu hadisə baş verib. Hazırda rəhbərlik bu işlə maraqlanır”.

 

Bakı “İnter”inin futbolçularını daşıyan avtobus yandı -  Fotolar


Xəbər xətti