"İnter"in 25-ci ev qələbəsi

Sportarena.az      5 Dekabr 2018, 14:15

Bakının “İnter” klubu Azərbaycan kubokunda yubiley ev qələbəsini qazanıb. 


Sportarena.az xəbər verir ki, 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la “İnter Arena”dakı matçında əldə olunan 5:1 hesablı uğur turnirdə 25-ci zəfər olub. Bakılılar bunu 41-ci matçda gerçəkləşirib. Bunadək öz meydanında keçirdiyi 40 qarşılaşmada 24 dəfə qalib gələn “İnter” 25-ci qələbəyədək 9 heç-heçə və 7 məğlubiyyət də yaşayıb. Komanda bu müddətdə 82 qol vurub 35-ni buraxıb. Görüşdə vurulan 3-cü qol 80-ci ev topu olub ki, bunun da müəllifi Rauf Əliyevdir.


Qeyd edək ki, “İnter” Azərbaycan kubokunda evdə ən çox qələbə qazanan 5 komandadan biridir. Paytaxt təmsilçisi 25-ə çatmaqla, “Bakı” ilə eyni göstəriciyə malikdir. Onlar yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin