Azərbaycan kubokunda 16-cı

Sportarena.az      5 Dekabr 2018, 14:57

AZAL Azərbaycan kubokunda iki yubiley qeyd edib.


Sportarena.az xəbər verir ki, bunlar 1/8 finalın “Rəvan”la matçında rəsmiləşib. Paytaxt derbisində 4:0 hesablı qələbə qazanan “təyyarəçilər” öz meydanında 10-cu dəfə qalib gəlib. Bu, 21-ci matçda baş verib.


Bunadək evdə 9 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə uduzan komanda “Rəvan”la görüşdə yubiley qolunu da vurub. 1/8 finaladək 26 qol vurub, 16-nı buraxan AZAL-ın bu matçda rəqib qapısından keçirdiyi son top 30-cu olub. Yubiley qoluna David Canelidze imza atıb.


AZAL ölkə kubokunda evdə 10 və daha çox qələbə qazanan 16-cı komanda olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin