7 oyunluq cəzalanan futbolçu: "İntizam Komitəsi kimə nə cəza gəldi, verir"

Sportarena.az      6 Dekabr 2018, 15:59

"David Canelidze yüksək liqada oynayan futbolçuya yaraşmayan kəlmə işlətdi. Bu, Azərbaycanda çıxış edən legionerə də yaraşmayan ifadədir".


Sportarena.az xəbər verir ki, bunu "Report"a açıqlamasında I Divizionda çıxış edən "Rəvan" klubunun futbolçusu Zahid Quliyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində AZAL-la keçirdikləri oyunun sonlarında baş verənlərlə bağlı danışarkən deyib.


Futbolçu AFFA-nın intizam Komitəsi tərəfindən 7 oyunluq cəzaya səbəb olan hərəkətini belə izah edib: "O, oyunda hesab AZAL-ın xeyrinə 4:0 olduqdan sonra rusca "Birini də vurun, mənim də "stavkam" düz gəlsin" dedi. Mən də rusca bildiyim üçün onun adımızın "danışılmış oyunlar"da hallanmasına işarə vurduğunu anladım. Bu sözləri bizimlə məzələnmək, yoxsa həqiqətən də oyuna pul qoyuluşu etdiyi üçün dediyi bilmirəm. Amma hər halda cavabını vermək üçün epizodların birində Canelidzeni kürəyindən təpiklə vurdum. Bundan sonra baş hakim Fariz Yusifov mənə qırmızı vərəqə göstərdi. Meydandan çıxanda hamı məndən "Nə olub?" deyə soruşdu. Mənim üçün həmin vaxt komanda yoldaşlarıma nə baş verdiyini izah etmək çətin idi".


O, rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadə işlətmədiyini bildirib: "Ona heç bir senzuradankənar söz deməmişəm. Sadəcə, vurmuşam. Onsuz da indi İntizam Komitəsi kimə nə cəza gəldi, verir. "Rəvan"ın nə vəziyyətdə olduğuna fikir verən yoxdur. Onsuz da yıxılırıq, bunlar da balta çalırlar".


Qeyd edək ki, həmin görüş AZAL-ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin