"Kəpəz" "İnter" üçün məşqlərə başladı

15:14 8 Dekabr 2016

Azərbaycan kubokunun ¼ final mərhələsində “İnter” ilə qarşılaşacaq “Kəpəz” qarşıdakı oyunun çalışmalarını davam etdirir. 


Sportarena.az xəbər verir ki, komanda matça Bakıda hazırlaşır. 


“Sarı-göylər” “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir. Kubok görüşü bu cür meydançada keçiriləcəyindən komanda məhz belə örtükdə hazırlıq keçməyə üstünlük verib. 


“Kəpəz” paytaxt təmsilçisi ilə qarşılaşma öncəsi son məşqinə dekabrın 12-də oyunun keçiriləcəyi “İnter Arena”da çıxacaq.


Xəbər xətti