Elxan Məmmədov: "Bu virusu təmizləmək lazımdı"

Sportarena.az      8 Dekabr 2018, 18:30

AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda jurnalistlərin suallarını cavablandırıb.   
 

- Danışılmış oyunlarla bağlı yaradılan komissiya yekun qərarını nə vaxt açıqlayacaq?
- Komissiya İntizam Komitəsi ilə birgə fəaliyyət göstərir. Dünən komissiyanın iclası oldu. Araşdırma davam etdirilir. Onlar müntəzəm olaraq İntizam Komitəsinə məlumat verirlər. Yekunda isə hesabat İcraiyyə Komitəsinə təqdim ediləcək.

 
- İcraiyyə Komitəsinə hesabat nə vaxt təqdim ediləcək?
- Ola bilsin, martı gözləməyək, iclası tez keçirək və hesabat təqdim edilsin.
 

- Bu dəfə təkcə futbolçuların deyil, klubların da cəzalandırılacağı gözlənilir?
- Bu məxfidi, açıqlama verə bilmərəm. Komissiyanın üzvləri peşəkarlardı, futbol sahəsində çalışan insanlardı. Keçmiş futbolçular, hazırda məşqçi kimi çalışanlar işləyir, onların ədalətli qərar verəcəklərinə inanırıq. Bu, bir virusdu, təmizləmək lazımdı. İnkişaf etmiş futbol ölkələrində də belə hallarla üzləşilib, cəzalar tətbiq edilib, tanınmış klublar aşağı dəstəyə göndərilib. Yəni bunun qarşısı alınmalıdı. Biz də inkişaf etmiş futbol ölkələrinin təcrübəsindən istifadə edib, virusu məhv etməliyik. Bu , AFFA rəhbərliyinin istəyi, qərarıdı.
 

- Siyahı ilə bağlı açıqlama verə bilməzsiz?
- Araşdırmanın nəticəsini gözləmək lazımdı.
 

- AFFA hər il ilin sonunda milli komandaların ən yaxşı futbolçularını mükafatlandırırdı. Bu dəfə necə, həmin tədbir keçiriləcəkmi?
- Milli hazırda seçmə mərhələ oynlarını davam etdirir. Kvalifikasiya davam etdiyindən, böyük tədbir etmək istəmirik. 7 xal toplamışıq, digər oyunlarımız qarşıdadı. Gözləyirik ki, seçmə mərhələ başa çatsın, sonra elə tədbir keçirək. AFFA-nın nizamnaməsinə uyğun olaraq isə, martda hesabat konfransı keçiriləcək.

 
- Bəzi mətbu orqanlar ilin ən yaxşı baş məşqçisini seçirlər. Siz ölkəmizdə çalışan mütəxəssislərdən kimin işini yüksək qiymətləndirirsiniz?
- Sevindirici haldı ki, nəticələrimiz müsbət, sabitdi. Əvvəlki illərə baxanda iki klubumuz Avropa Liqasının qrup mərhələsində çıxış edir. Çempionatda iştirakçıların sayı azalsa da, keyfiyyət, sabitlik yaranıb. Milli komanda da müsbət nəticələr qazanıb, çimərlik millimiz B divizionundan A divizionuna keçib, futzal yığmamız dünya çempionatının final mərhələsində uğurla çıxış edib. Bu gün ən böyük arzumuz “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanmasıdı. Çətin olacaq, amma bu, bizim arzumuzdu.
 

- Belə anladıq ki, “Qarabağ” mərhələ adlasa, seçiminizi Qurban Qurbanovun, əks təqdirdə Robert Proseneçkinin xeyrinə edəcəksiniz?
- Prosineçki hələ yol gedir, bitirməyib. Qurban müəllim isə qrup mərhələsindəki çıxışı ilə böyük uğur qazanıb. Hesab edirəm ki, Qurban Qurbanov ilin ən yaxşı məşqçisi titulunu qazanmağa layiqdi.
 

- Prosineçki yoldaşlıq oyunu keçirmək üçün rəqib tapa bilmədiklərindən şikayətlənib…
- Robert Prosineçki klubların maraqlarını da nəzərə alıb. Ona görə də, gözləyirik. İstəyirik ki, klublarla qarşılıqlı razılıq əsasında qərar qəbul edək.(Apasport.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin