Milli Gimnastika Arenası bu ilin son yarışına ev sahibliyi edəcək

18:55 10 Dekabr 2016

Milli Gimnastika Arenası bu ilin son gimnastika yarışına ev sahibliyi edəcək. Dekabrın 16-17-də arenanın köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı, Bakı birinciliyi və akrobatika gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı keçiriləcək.


Sportarena.az xəbər verir ki, yarışların hər iki günü kişi idman gimnastları 6 yaş kateqoriyası (yeni başlayanlar 2008-2009, kiçiklər 2006-2007, balacalar 2003-2004, yeniyetmələr 2001-2003, gənclər 1998-2001, böyüklər 1998-ci il təvəllüdlülər və daha böyüklər), qadın idman gimnastları isə 4 yaş kateqoriyasında (kiçiklər 2009, uşaqlar 2007-2008, balacalar 2006, gənclər və böyüklər 2002-ci il və daha böyüklər) çıxış edəcəklər.


Akrobatika gimnastikası üzrə isə balacalar (2002-2010), uşaqlar (2000-2007) yeniyetmələr (1998-2006) və böyüklər (2002-ci il təvəllüdlü və daha böyüklər) yaş kateqoriyasında yer almış kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər və qadın qrupları qarışıq, balans və temp hərəkətlərini icra edəcəklər.


Yarışlarda, ümumilikdə 115 gimnast Bakı Gimnastika Məktəbi, Nizami rayonu İdman Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edəcək.


Digər xəbərlər

Xəbər xətti