"Qarabağ"dan darmadağın, "İnter", "Neftçi" və "Qəbələ" qalib gəldi - YENİLƏNİB

19:51 13 Dekabr 2016

Bu gün Azərbaycan kubokunda 1/4  final mərhələsinə start veriləcək.


Sportarena.az xəbər verir ki, 1/4 final mərhələsinin bütün görüşləri eyni gündə keçiriləcək.


Mərhələnin ilk oyunu Qəbələdə baş tutacaq. Burada Qəbələnin eyniadlı komandası paytaxtın AZAL klubunu sınağa çəkəcək. Kubokun favorit komandalarından hesab olunan "Qəbələ" bu matçda maksimum nəticə göstərərək, növbəti oyuna rahat hazırlaşmaq niyyətindədir. Görüş saat 15:00-da start götürəcək.


Saat 17:00-da iki görüş keçiriləcək. "İnter" doğma meydanda "Kəpəz"i, "Zirə" isə "Neftçi"ni qəbul edəcək. Premyer Liqada vəziyyəti o qədər də yaxşı olmayan "Neftçi" Avroliqaya vəsiqə qazanmaq üçün bu kuboku qazanmaq niyyətindədir. Lakin bu, elə də asan olmayacaq. 


Günün son matçı Suraxanıda keçiriləcək. Burada son ölkə çempionu və kubokun qalibi "Qarabağ" doğma meydanda Sumqayıtın eyniadlı komandasını qəbul edəcək. Ardıcıl iki mövsümdür "qızıl dubl" edən Ağdam təmsilçiləri bu dəfə də iddialı görünürlər. 


13 dekabr
 

15:00. “Qəbələ” – AZAL  2:1

QOL: Mirzağa Hüseynpur, 37 (0:1); Filip Ozobiç 61 (1:1); Ruslan Qurbanov, 74 (2:1)
Hakimlər:
Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu
 

17:00. “Zirə” – “Neftçi”  0:3

Qol: Jonas Pesalli, 44 (0:1), 58 (0:2), 63 (0:3); 
Hakimlər:
Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu


17:00. “İnter”  - “Kəpəz”  2:0

Qol: Rauf Əliyev, 58 (1:0); Nizami Hacıyev, 61 (2:0)
Hakimlər:
Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
“İnter Arena”


18:00. “Qarabağ” – “Sumqayıt”  6:0

Qol: Riçard Almeyd, 25-pen. (1:0); Dino Ndlovu, 34-pen. (2:0); Coşqun Diniyev, 40 (3:0); Mahir Mədətov, 64 (4:0), 78 (6:0); Namiq Ələsgərov, 67 (5:0)
Hakimlər
: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
“Azersun Arena”


Digər xəbərlər

Xəbər xətti