Qurban Qurbanov: "Beşiktaş nümayəndələri Bakıya gələndən sonra dəqiq qərar veriləcək"

22:22 13 Dekabr 2016

Bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında "Qarabağ" "Azərsun Arena"da "Sumqayıt"ı 6:0 hesabıyla məğlub edib. Komandanın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Yaxşı oyun alındı. Mərhələnin ilk matçı üçün yaxşı nəticə idi. Azarkeş və futbolçularımızı təbrik edirəm. "Sumqayıt"a uğurlar arzu edirəm. İtkiləri çox idi. Futbolçularımın oyunundan razı qaldım. Cavab görüşündə dəyişikliklər ola bilər. Amma indidən deyə bilmərəm. Çünki qarşıda Premyer Liqa oyunumuz var".

Q.Qurbanov "Beşiktaş"la gözlənilən yoxlama oyunu barədə də danışıb:

"Klub rəhbərliyi səviyyəsində danışıqlar olub. Amma ortada dəqiq nəsə yoxdur. Xəbərim var ki, əməkdaşlıq etmək, Bakıda yoldaşlıq görüşü keçirmək istəyirlər. Onların klub nümayəndələri Bakıya gələndən sonra dəqiq qərar veriləcək".


Digər xəbərlər

Xəbər xətti