Fərhad Vəliyev: "...danışmağa ehtiyac yoxdu"

12:59 14 Dekabr 2016

“0:6 hesablı məğlubiyyətdən danışmağa ehtiyac yoxdu. “Qarabağ”ın gücü hamıya məlumdur. Komanda şəklində çox zəif çıxış etdik. Oyunun ilk 15 dəqiqəsinə yaxşı başlasaq da, daha sonra ritmi itirdik. 2 qol vurulandan sonra uşaq səhvləri etdik və nəticədə belə hesab qeydə alındı. Avrokuboklara ən yaxın yol kubokdan keçir. Mümkün qədər irəli getmək istəyirdik, amma alınmadı. Belə hesab gözləmirdik”.
 

Sportarena.az xəbər verir ki, bunu açıqlmasında "Qarabağ" 0:6 hesabı ilə uduzduqları oyundan sonra “Sumqayıt”ın qolkiperi Fərhad Vəliyev söyləyib. Təcrübəli qapıçı qeyri-stabil çıxışlarından danışıb:
 
“Qeyri-stabil çıxışı özüm də analiz edirəm, axtarıram, səhvlərimiz var. Mən də bu matçda səhvlərə yol verdim. Bunun üzərində çox işləməliyik. Bu oyunu unudub, “Zirə” ilə qarşılaşmaya hazırlaşmalıyıq”.(sportal.az)


Xəbər xətti