"Qarabağ"ın 2 yubileyi

15:12 14 Dekabr 2016

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Qarabağ” üçün iki yubileylə əlamətdar olub.

 
Sportarena.az xəbər verir ki, “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edən ağdamlılar ölkə kubokunda 50-ci ev qələbəsini qazanıb. Bunu 64-cü matçında gerçəkləşdirən “ağ-göylər” Azərbaycan kuboku çərçivəsində öz meydanında ən çox qələbə qazanan klubdu.
 

Hesabında 9 heç-heçə və 5 məğlubiyyət olan “Qarabağ”ın “Sumqayıt”la görüşdəki 4-cü qolu da yubiley əhəmiyyəti kəsb edib. Mahir Mədətov komandasının 150-ci ev qoluna imza atıb. Əyalət klubunun evdəki məhsuldarlığı 2,375-di. Azərbaycan kubokunda öz meydanında ən çox qol vuran komanda ünvanına sahib olan ağdamlılar 152 dəfə fərqlənib. Qonaqlar isə onların qapısından cəmi 30 top keçirib.


Digər xəbərlər

Xəbər xətti