Mirzağa Hüseynpur AZAL-ın tarixinə düşdü

Sportarena.az      14 Dekabr 2018, 16:31

AZAL Azərbaycan kubokunda 50-ci qolu vurub. Yubiley qolu cari mövsümün 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.

 
Sportarena.az xəbər verir ki“Qəbələ” ilə qarşılaşmada hesabı açan Mirzağa Hüseynpur Bakı klubunun tarixinə 50-ci qolun müəllifi kimi düşüb. Lakin onun komandası üstünlüyü qoruya bilməyərək, 1:2 hesabı ilə uduzub.
 

Əvvəllər AMMK, “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edən AZAL 50-ci qolunu 42-ci matçda vurub. Orta məhsuldarlığı 1,19-a bərabər olan paytaxt klubu 42 oyunda 16 qələbə qazanıb, eyni sayda məğlubiyyət alıb və 10 heç-heçə edib. 50 qol vuran komandanın Qəbələdə buraxdığı son top 40-cı olub.
 

AZAL kubokda 50 və daha çox qol vuran 17-ci komanda olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin