Azərbaycan kubokunun 1/4 final mərhələsinin 1 oyunu canlı yayımda

16:32 16 Dekabr 2016

21 dekabr tarixində Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.


Sportarena.az xəbər verir ki, mərhələnin ilk oyunlarında olduğu kimi cavab oyunlarında da yalnız 1 oyun canlı yayımlanacaq. Belə ki, Şüvəlanda keçiriləcək AZAL - "Qəbələ" matçı futbolsevərlərə canlı təqdim olunacaq. Sözügedən matçı "CBC Sport" telekanalı yayımlayacaq.


Qeyd edək ki, matç saat 16:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti