"Kəpəz" "İnter" üçün başladı

14:58 19 Dekabr 2016

“Kəpəz” Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunu çərçivəsində Gəncədə qəbul edəcəyi “İnter” ilə qarşılaşmaya hazırlaşır. 


Sportarena.az xəbər verir ki, “Qəbələ” ilə çempionat matçından sonra bir gün istirahət edən komanda üzvləri Bakıda hazırlığa başlayıb. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşqə çıxıblar.


“Kəpəz” sabah Gəncəyə gələcək. Komanda kubok görüşü öncəsi sonuncu məşqinə oyunun keçiriləcəyi Gəncə şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub. 


Digər xəbərlər

Xəbər xətti