İlin ən yaxşı futbolçusu müəyyənləşdi

14:53 20 Dekabr 2016

İdman Araşdırmalar Mərkəzinin həyata keçirdiyi "İlin qalibləri-2016" layihəsi çərçivəsində "İlin futbolçusu" nominasiyası üzrə qalib müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, bu, Azərbaycan milli komandasının və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovdur. 


34 yaşlı müdafiəçi klubunun Azərbaycan Premyer Liqası və ölkə kubokunda, eləcə də Avropa Liqasında qrup mərhələsinədək irəliləməsində, Azərbaycan yığmasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində ilk 2 oyundakı qələbədə xüsusi roluna görə təltif olunub. O, 57 jurnalistdən 34-nün (60 %) səsini qazanıb. 


Futbol və futzal millilərinin qapıçıları Kamran Ağayevlə Rövşən Hüseynli hərəyə 8 səs toplayıb. Sadıqovun "Qarabağ" və millidəki komanda yoldaşı Maksim Medvedev 6, "Qəbələ"nin "Neftçi"dən transfer etdiyi hücumçu Ruslan Qurbanov 1 səs alıb. 


Qalibə mükafatı Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov təqdim edib.(sportnet.az)


Digər xəbərlər

Xəbər xətti