Sportarena.az
28 May 2017

"Kəpəz" Gəncədə məşq etdi

12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunları keçiriləcək.


Sportarena.az xəbər verir ki, kubok uğrunda mübarizəni davam etdirən “Kəpəz” ilin son matçında doğma meydanda “İnter”ı qəbul edəcək. Qarşıdakı matçla bağlı hazırlığa Bakıda başlayan “sarı-göylər” bu gün Nizami yurduna gəlib və görüş öncəsi son məşqini qarşılaşmaya ev sahibliyi edəcək Gəncə şəhər stadionunda keçirib. Təxminən 45 dəqiqə məşq edən komanda üzvləri yüngül formada hazırlaşıblar.


“İnter”ə qarşı görüşdə Azad Kərimov da “Kəpəz”ə kömək edə bilməyəcək. Gənc müdafiəçi Gəncəyə gətirilsə də, ayağında ağrılar olduğundan kubok matçını tribunadan izləməli olacaq.

Tarix
20.12.16 [17:47]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

28 May
27 May 

Facebook

Sorğu

Növbəti mövsümdən Premyer Liqada neçə klub iştirak etsin?
 8
 10
 12
 Daha çox

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio