"Kəpəz"in kapitanı: "Sona qədər mübarizə aparmaq lazımdı"

21:44 20 Dekabr 2016

Azərbaycan kubokunun ¼ final mərhələsinin “İnter”lə cavab oyunu öncəsi “Kəpəz”in kapitanı Tural Axundov klubun rəsmi saytına açıqlama verib.
 
Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu yarımfinala vəsiqə qazanmaq üçün mübarizə aparacaqlarını bildirib:
 
“Səfərdə “İnter”ə uduzsaq da, rəqib qeydə alınan nəticədən arxayınlaşmamalıdır. Çünki biz qarşıdakı görüşə yaxşı hazırlaşmışıq. Gəncədə onlar üçün asan olmayacaq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanıb mərhələ adlayaq. Əlbəttə, bizim son şansımızdır, ona görə də cavab görüşündən lazımınca istifadə etməliyik. Sona qədər mübarizə aparmaq lazımdır”.


Digər xəbərlər

Xəbər xətti