Azərbaycan kuboku: ilk yarımfinalçı müəyyənləşdi

14:57 21 Dekabr 2016

Bu gün Azərbayan kubokunda 1/4 finalın cavab görüşləri keçirilir.


Sportarena.az xəbər verir ki, bu gün baş tutan "Kəpəz" - "İnter" matçında ilk yarımfinalçının adına aydınlıq gəlib. Belə ki, ilk oyunda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edən "bankirlər" Gəncədəki görüşdə 0:0 hesablı bərabərlik əldə edib.   İki oyunun nəticəsinə görə 2:0 hesabı ilə qalib gələn "İnter" adını yarımfinala yazdırıb. 


Qeyd edək ki, "bankirlər" yarımfinalda AZAL - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti