Sportarena.az
28 May 2017

Vəli Qasımov: "Portuqaliyadan evə qayıtmağı yox, orda qalıb irəli getməyi düşünsünlər" - MÜSAHİBƏ

12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli komandamızın üzvü Emin Mahmudov ötən gün Portuqaliya çempionatında qol hesabını açdı. “Nasional”la səfər oyununda fərqlənən “Boavişta”nın yarımmüdafiəçisi Portuqaliyada qol vuran ikinci azərbaycanlı futbolçudur. Çünki bunu ilk dəfə  millimizin sabiq üzvü Vəli Qasımov bacarıb. 

1997/98 mövsümündə Portuqaliyanın “Setubal” klubunda çıxış edən Qasımov bu müddət ərzində 10 qol vurub. 1998-ci ildə “Benfika” ilə oyunda isə azərbaycanlıların Portuqaliyada ilk qoluna imza atıb.

Sportarena.az xəbər verir ki, Vəli Qasımov bütün bunlarla bağlı müsahibə verib.

.
- Vəli müəllim, yəqin ki, Portuqaliya çempionatını indi də diqqətdə saxlayırsınız.
- İmkan düşdükcə oyunlara baxıram. Portuqaliya çempionatı bu il daha gücldür, maraqlıdır.

 
- Millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun “Boavişta”da çıxış etməsini necə qiymətləndirirsiniz?
- Azərbaycanlı futbolçuların Portuqaliya çempionatında oynamağı çox yaxşı haldır. Onların sayı nə qədər artsa, futbolumuz qazanacaq. Düzdür, Emin Mahmudov Azərbaycanda böyüməyib. Rusiya futbolunun yetişdirməsidir. Hələ ki, stabil çıxış etmir. Amma sevindirici haldır ki, azərbaycanlı futbolçu Portuqaliyada qol vurur. Sevinirəm ki, futbolçularımız əvvəllər olduğu kimi Azərbaycanın adını Portuqaliayda qaldırır.
 

- Sizcə, futbolçularımız Portuqaliyada möhkəmlənə biləcək?
- Məncə, oynaya bilərlər. Bəzən futbolçunun müəyyən problemləri olur. Başqa ölkənin mühitinə öyrənə bilmir. Gərək komandada özünə dost tapasan. Tədricən insanlarla ünsiyyət qurasan.
 

- Azərbaycanlı futbolçu orada möhkəmlənməsi üçün hansı keyfiyyətlərə sahib olmalıdır?
- Bir yaxşı hal var ki, İspaniya və Portuqaliyadakı yaşayış bizdəkinə oxşayır. O ölkələrin insanları ilə dil tapmaq asandır. Hər şey insanın özündən asılıdır. Elə adam var ki, ölkə xaricinə gedəndə düşünür ki, Azərbaycandan yoxdur. Bu cür insanlar üçün legioner həyatı yaşamaq çox çətindir.

 
- Kamran Ağayev ev üçün darıxdığını, Bakıya gəlib evlənmək istədiyini bildirib. O, bu xarakterlə “Boavişta”da qala biləcək?
- Bax elə bu kimi hallara görə ölkə xaricində oynaya bilmirlər. Fikirləri evdə olur. Darıxırlar. Ancaq futbolçu həyatı qısadır. Nə qədər imkan varsa, böyük klublarda oynamaq lazımdır. Portuqaliyada futbol sarıdan hər şey bizdən üstündür. Mümkün qədər gec qayıtsalar, yaxşı olar. Evə qayıtmağı yox, orda qalıb daha da irəli getməyi düşünməlidirlər. İndi “Boavişta”da oynayırlarsa, maksimum güclərini ortaya qoyub, “Portu” və “Benfika” kimi klublara keçməyə çalışmalıdırlar. Futbolçu işinə peşəkar yanaşmalıdır. Pulu düşünmək də lazım deyil. Peşəkar olanda pul özü gəlir.

 
- Emin Mahmudov dünən “Nasional”a qarşı oyunda Portuqaliya çempionatda ilk qolunu vurdu. İlk dəfə isə bunu 19 il əvvəl “Benfika” ilə oyunda siz etmisiniz. Həmin oyunu xatırlasanız, oxucular üçün maraqlı olar.
- Eminin qol vurmasına çox sevindim. Ümid edirəm, bu qoldan sonra daha da həvəslənəcək, üzərində işləyib heyətdə yerini möhkəmlədəcək. Mənə gəlincə, bəli, ilk qolumu “Benfika”ya vurmuşam. Cərimə zərbəsindən fərqləndim. O vaxt da “Benfika” ən güclü komandalardan biri idi. Həm gözəl, həm də vacib qol oldu. Bu qolun sayəsində 1:0 hesabı ilə qalib gəldik. Həm də sensasiya olmuşdu. Çünki “Setubal” uzun müddət idi ki, “Benfika”nı uda bilmirdi.
 

- Emin start heyətdə meydana çıxdığı ilk oyunda qol vurdu. Sizdə necə olmuşdu?
- Mən “Setubal”a gələn kimi oynamaq şansı qazandım. Çünki məni tanıyırdılar. İspaniyadakı oyunumu izləmişdilər. Portuqaliyanın mentalitetini də yaxşı bilirdim. Ona görə mənə çox rahat oldu. Yoldaşlıq oyunlarında qollar vurmuşdum. İlk rəsmi qolum isə “Benfika”ya qarşı oyunda oldu.

 
- Deyəsən, son qolunuz da “Boavişta” ilə oyunda olub.
- Bəli. “Boavişta”ya 2 qol vurmuşam. İlk qolum səfərdə olmuşdu. 2:1 hesabı ilə qalib gəlmişdik.
 

- Digər futbolçumuz Ramil Şeydayevin Türkiyədə “Trabzonspor”da möhkəmlənə bilməməsi ilə bağlı nə deyə bilərsiniz?
- Şeydayev klubundan narazıdır. Çünki oynamaq şansı qazanmır. Məncə, qış transfer dönəmində komandasını dəyişəcək. Futbolçu oynamayanda darıxır. Oynamırsa, klubunu dəyişməyi daha yaxşı olar. Bizə lazımdır ki, futbolçumuz stabil oynasın. Ehtiyatda qalan futbolçu millidə gözlənilən oyunu nümayiş etdirmir.
 

- Ramilin Azərbaycan klublarının birinə icarəyə veriləcəyi haqda söhbətlər gəzir.
- Gəlsə, yüz faiz geri düşəcək. Azərbaycan çempionatı çox zəifdir. Bura gəlsə, çox uduzacaq. İndiki formasını da itirəcək. Burda ona nə qədər pul da versələr, Azərbaycana gəlməməlidir. Türkiyənin başqa bir klubuna keçsə, daha yaxşı olar. (qol.az)

Tarix
23.12.16 [16:30]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

28 May
27 May 

Facebook

Sorğu

Növbəti mövsümdən Premyer Liqada neçə klub iştirak etsin?
 8
 10
 12
 Daha çox

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio