Ruslan Abışov "Neftçi"də

12:05 12 Yanvar 2017

Milli komandamızın üzvü Ruslan Abışov karyerasını "Neftçi"də davam etdirəcək.

 


Sportarena.az xəbər verir ki, bu barədə Qol.az-a açıqlamasında futbolçunun qardaşı və meneceri Sərxan Abışov məlumat verib. Onun sözlərinə görə, Ruslan bu gün "Neftçi" ilə müqavilə imzalayacaq.

 


Qeyd edək ki, son klubu Bakı "İnter"i olan 29 yaşlı yarımmüdafiəçi 2006-2012-ci illərdə də yetirməsi olduğu "Neftçi"də çıxış edib. Bu, "Neftçi"nin 7-ci transferidir. Paytaxt klubu buna qədər Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov və Pavel Dreksanı heyətinə cəlb edib.


Digər xəbərlər

Xəbər xətti