"Barselona" yeni baş məşqçi axtarır

17:37 16 Fevral 2017

“Barselona” baş məşqçisi dəyişmək qərarına gəlib.

 

Sportarena.az xəbər verir ki, klubun prezidenti Xosep Mariya Bartemou artıq bu barədə qərar qəbul edib. O, hazırkı baş məşqçi Luis Enrikenin xidmətində artıq maraqlı deyil. Çempionlar Liqasının 1/8 finalı çərçivəsində PSJ-ə iri hesablı məğlubiyyət (0:4) onun bu qərara gəlməsində ciddi rol oynayıb.

 

Bartermou yaxın günlərdə idman direktorları Robert Fernandeslə görüşərək, yeni baş məşqçinin kim olacağı barədə müzakirələr aparacaq.

 

 

Qeyd edək ki, Enrikenin klubla müqaviləsi cari mövsümün sonunda başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti