"Volfsburq" yenə baş məşqçisini qovdu

12:24 27 Fevral 2017

Almaniyanın Bundesliqa təmsilçisi “Volfsburq” baş məşqçisi Valerien İsmael ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, klubdan edilən açıqlamada 41 yaşlı məşqçiylə müqaviləyə xitam verildiyi qeyd edilib. Açıqlamada məşqçinin istefaya göndərilməsində Bundesliqanın son turunda “Verder”dən alınan 1:2 hesablı məğlubiyyətin rol oynamadığı bildirilib.

 

Bu, “Volfsburq”da cari mövsümdə ikinci məşqçi dəyişikliyidi. İsmael “canavarlar”ın baş məşqçi postunda ötən ilin oktyabrında Diter Hekinqi əvəz etmişdi.

 

Qeyd edək ki, hazırda hesabında 22 xal olan “Volfsburq” 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti