Fabreqas Londonu Milana dəyişəcək? - İki klub onu hədəfə aldı

20:34 7 Mart 2017

"Çelsid"ə əsas heyətə düşməkdə çətinlik çəkən Sesk Fabreqas karyerasına İtaliyada davam edə bilər.

 

Sportarena.az xəbər verir ki,"İnter" onun transferində maraqlıdır. "Neradzura" PSJ-dən Marko Verrattinin transferini edə bilməsə, diqqətini ispan futbolçunun keçidinə yönəldəcək. Fabreqasın özü də London klubunu tərk etmək də maraqlıdır.

 

Qeyd edək ki, "İnter"in əzəli rəqibi "Milan" da Fabreqası transfer etmək istəyir. "Qırmızı-qaralar" ispan yarımmüdafiəçi üçün 29 milyon funt sterlinq ödəməyə hazırdır.


Digər xəbərlər

Xəbər xətti