Dünya karatesinin "Brilyant oğlanı” Rafael Ağayev ata olub.
Sportarena.az xəbər verir ki, ötən il ailə həyatı quran Ağayevin oğlu dünyaya gəlib.
Qeyd edək ki, karatenin "Brilyant oğlanı” karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb.