Totti futbolçu karyerasını bitirir - RƏSMİ

21:16 3 May 2017

“Roma”nın ulduz futbolçusu Françesko Totti karyerası ilə bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, italyan yarımmüdafiəçi mövsümün sonunda futbolçu karyerasını başa vuracaq. Bu barədə klubun idman direktoru Rodriges Monçi İtaliya mətbuatına açıqlamasında deyib. Monçi Totti ilə bu barədə artıq söhbətləşdiklərini bildirib. O, əfsanəvi futbolçunun "Roma"dan ayrılmayacağını, klubda vəzifə tutacağını bildirib.



Qeyd edək ki, 40 yaşlı Totti 1992-ci ildən “Roma”da çıxış edir. O, bu müddət ərzində763 oyuna 306 qol vurub.


Xəbər xətti