"Qarabağ"dan qızıl dubl - YENİLƏNİB

17:55 5 May 2017

Bu gün Azərbaycan kubokunun final matçı keçirilib.

 

Sportarena.az xəbər verir ki, tarixdə ilk dəfə Naxçıvanda keçiriləcək görüşdə "Qarabağ" və "Qəbələ" münasibətlərinə aydınlıq gətiriblər. Azərbaycan Premyer Liqasında çempionluq yarışında iştirakçı olan iki komandanın final görüşü maraqlı alınıb. Ölkə çempionu "Qarabağ" ardıcıl 3 dəfə kubokun qalibi olmaq istəyinə çatıb. "Qəbələ" ilk dəfə bu titula sahib çıxmaq arzusunu təxirə salıb.

 

Azərbaycan kuboku, final

5 may

16:00 Qarabağ - Qəbələ 2:0

Qol: Mahir Mədətov, 52. Ürfan Abbasov, 68-a/q.

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev

Naxçıvan, şəhər stadionu.


Digər xəbərlər

Xəbər xətti