Qurban Qurbanov: "Qazanılan qələbələri qarabağlılara həsr edirik” - AÇIQLAMA

18:44 5 May 2017

"Qəbələ"ni 2:0 hesabı ilə məğlub edən "Qarabağ" Azərbaycan kubokunun qalibi olub.

 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanov matçdan sonra qazanılan qələbəni şərh edib:

 

“İstər-istəməz futbolçularımda yorğunluq var idi. Buna baxmayaraq, onlardan razı qaldım. Bütün “Qarabağ” sevərləri təbrik edirəm. Naxçıvan əhalisinə də təşəkkür edirəm ki, bizlərlə oldular, bizi dəstəklədilər. Bir az istirahət edib, qarşıdakı oyunlara hazırlaşmalıyıq. Açığı, 2:0-dan sonra demək olar ki, bir az arxayınçılıq oldu. Amma 5 dəqiqə sonra yenidən həyəcan başladı. “Qəbələ” bundan sonra daha çox irəli atılmağa başladı, qol imkanları da oldu. Ehtiyatlanırdıq. Hakimin son fitindən sonra bildik ki, qələbə bizim oldu. Mövsüm ərzində qazanılan qələbələri - çempionluğu və kuboku qarabağlılara həsr edirik”.


Xəbər xətti