Tahir Gözəl: "Bir neçə oyunçuyla danışıqlar gedir" - AÇIQLAMA

19:09 5 May 2017

Azərbaycan kubokunun finalı çərçivəsində keçirilən "Qarabağ" - "Qəbələ" matçından sonra (2:0) Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, klub rəsmisi bir neçə futbolçu ilə danışıqlar apardığını bildirdi:

 

"Çox gərgin oyun oldu. Hesab 2-0 olduqdan sonra bir az rahatladıq. Ancaq hesaba baxmayaraq komanda sürətli ötürmələri ilə diqqət çəkirdi. Çox gözəl oyun oldu. Elə bilin ki,öz evmizdə oynayırdıq və buradakı azarkeşlərdən möhtəşəm dəstək gördük.

 

Bir neçə oyunçuyla danışıqlar gedir. Ancaq ortaq məxrəcə gəlməmişik. Biz Qurban Qurbanova hər cür şərait yaratmışıq. Klubun büdcəsi də yetəri qədərdi. O, kimi desə biz "hə" deyərik".


Xəbər xətti