Tale Heydərov: "Büdcədə bəlkə də eniş oldu" - AÇIQLAMA

19:16 5 May 2017

“Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycan kubokunun finalında “Qarabağ”la keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, klub rəhbəri gələn mövsümlə bağlı planlardan da danışıb:


“Həm çempionatda, həm də ölkə kubokunda gözlədiyimizin minimumunu əldə etdik. Amma məncə, komandanın çıxışını ümumilikdə normal dəyərləndirmək olar. Əlbəttə, biz daha yaxşı nəticə istəyirdik. Məqsəd çempion olmaq, heç olmasa kuboku qazanmaq idi. Bu dəfə alınmadı. Çalışacağıq ki, gələn dəfə buna nail olaq”.

 

Heydərov baş məşqçi Roman Qriqorçukla yola davam edib-etməyəcəkləri məsələsinə də toxunub:

 

“Bununla bağlı danışmamışıq. Yaxınlarda danışacağıq. Ümid edirəm ki, baş məşqçimizlə yolumuza davam edəcəyik. Yeni transferlərlə bağlı son qərarı baş məşqçi verəcək. Rəhbərlik olaraq hər cür dəstəyi verəcəyik. Ancaq büdcəylə bağlı o mənada dəyişiklik ediləcək ki, artım olmayacaq. Bəlkə də, eniş oldu, amma az-çox eyni büdcəylə davam etmək fikrindəyik. Bir neçə futbolçu almağı da düşünürük”.


Digər xəbərlər

Xəbər xətti