"Oyundan əvvəl uduzacağımızı fikirləşirdik" - Rəşad Sadıqov - AÇIQLAMA

19:33 5 May 2017

Azərbaycan kubokunun finalı çərçivəsində baş tutan "Qarabağ" - "Qəbələ" matçından sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov matçla bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, o bunları deyib:

 

“Karyeramın son illərində “qızıl dubl” etmək çox gözəl hissdir. Düzü, oyundan əvvəl uduzacağımızı fikirləşirdik. İlk hissə çox gərgin keçdi. Amma fasilədən sonra komanda xeyli artırdı və lazım olan nəticəni əldə etdik".

 

Matçı erkən başa vuran müdafiəçi zədəsi ilə bağlı da danışıb:

 

"Ayağım burxuldu, dizimdə ağrılar var idi. Sabah yoxlanış olacaq. Hər şey müainədən sonra bilinəcək".


Digər xəbərlər

Xəbər xətti