İslamiada: Gimnastlarımız finalda

Sportarena.az      12 May 2018, 17:49
Bu gün Milli Gimnastika Arenasında "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışları başlayıb.
 
Sportarena.az xəbər verir ki, Azərbaycan gimnastları Marina Durunda və Jalə Piriyeva halqa və topla çıxışlarda finala vəsiqə qazanıblar. Marina Durunda halqa ilə yarışda 16,750 xal toplayaraq birinci, Jalə Piriyeva isə 16.300 xalla ikinci olub.
 
Hər iki gimnastımızla yanaşı, Anastasiya Serdyukova, Sabina Taşkenbayeva (hər ikisi Özbəkistan), Ecem Cankaya, Başak Nida Karaevli (hər ikisi Türkiyə), Alisa Sadek (Livan) və Vahyu Putri (İndoneziya) həlledici mərhələdə iştirak hüququ qazanıblar.
 
Topla çıxış da gimnastlarımız üçün uğurlu olub. Belə ki, M.Durunda 16.200 xalla birinci, J.Piriyeva isə 16.000 xalla ikinci olub. Hər iki gimnastımız medallar uğrunda mübarizəni finalda davam etdirəcək.
 
Finala, həmçinin Anastasiya Serdyukova, Nurinisso Usmanova (Özbəkistan), Ecem Cankaya, Başak Nida Karaevli (Türkiyə), Dina Ali Alşix (Suriya) və Vahyu Putri (İndoneziya) adlayıblar.
 
İki hərəkətin cəminə əsasən, hesabında 65,250 xal olan Azərbaycan millisi komanda hesabında birincidir. Özbəkistan 62,100 xalla ikinci, Türkiyə isə 51,300 xalla üçüncü pillədə yer alıb.
 
Top və halqa ilə hərəkətlər üzrə yarışın qalibləri sabah müəyyənləşəcək.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin