İslamiada: Millimiz finalda!

11:19 13 May 2017

Azərbaycan yığması İslam Həmrəyliyi Oyunlarında ilk medalını təmin edib.

 

Sportarena.az xəbər verir ki, qadınlardan ibarət həndbol millimizin ən azı gümüş medal qazanacağı dəqiqləşib. Yarımfinal mərhələsində Özbəkistanı 42:24 hesabı ilə darmadağın edən yığmamız yarışın həlledici qarşılaşmasında oynamaq hüququ qazanıb.

 

Millimizin rəqibi Türkiyə - Kamerun matçında müəyyənləşəcək. Final isə sabah saat 18:00-da başlayacaq.

 

İslam Həmrəyliyi Oyunları: Həndbol, qadınlar: 1/2 final

Azərbaycan - Özbəkistan 42:24

13:30 Türkiyə - Kamerun


Digər xəbərlər

Xəbər xətti